Lerikdə yerləşən “Relax” istirahət mərkəzində yoxlamalara başlanıb. ONN media APA-ya istinadla xəbər verir ki, yoxlamalar Vergilər Nazirliyi və Prokurorluq əməkdaşlarının iştirakı ilə aparılır. Aparılan yoxlamalar barədə əlavə məlumat verilməyib. Hazırda istirahət mərkəzi öz fəaliyyətini davam etdirir. Xatırladaq ki, Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.
Vergilər Nazirliyi və Prokurorluq “Lerik Relax”da yoxlamalara başladı

