“Sülh Çeşməsi” hərəkatını şəxsən yerindən izləyən Təhlükəsizlik və Strategiya mütəxəssisi Abdulla Ağar əməliyyat haqqında son dəqiqə açıqlamaları verib. ONN media xəbər verir ki, mütəxəssis İngiltərə və Fransanın qüvvələrini əməliyyat bölgəsindən geri çəkdiyini bildirib. Həmçinin, qeyd edib ki, türk əsgərləri dinc sakinlərə qarşı həssas davranır, Suriya Milli Ordusu isə əməliyyatlarda nizamlı şəkildə iştirak edir. Onun sözlərinə görə, Mehmetçik hərəkat başladıqdan 6 saat sonra ən kritik prosesi geridə qoyub. Yerli vaxtla 10:44-də TSQ və SMO Ras əl-Aynda YPG hədəflərini vurub. Televiziyadan canlı yayımlanan bombardmandan sonra şəhər səmasını nazik duman qatı bürüyüb.
Hərbi əməliyyatların 3-cü günündə türk ordusuna ŞOK

