ONN İnformasiya Agentliyi

Türkiyədə yanğına görə əhali təxliyə olunur

Türkiyədə yanğına görə əhali təxliyə olunur
Dünən, 19:06
Türkiyənin Bursa şəhərində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın olub.

ONN media xəbər verir ki, hadisə Osmanqazi rayonunun Dəmirdaş məhəlləsində qeydə alınıb.
Yanğın sonra meşəyə, ardınca iki min sakinin yaşadığı İsmətiyə məhəlləsindəki evlərə sıçrayıb.
Hadisə yerinə helikopterlər, 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən cəlb olunub.
Ərazidən 100 nəfər təxliyə olunub, 14 nəfər xilas edilib. Xəsarət alan və ya ölən barədə məlumat yoxdur. Hadisənin səbəbi hələ məlum deyil.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png