ONN İnformasiya Agentliyi

Dünya Tualet Günündə SEÇİLƏN ÖLKƏLƏR - "Wi-Fi"LI AYAQYOLULAR...

Dünya Tualet Günündə SEÇİLƏN ÖLKƏLƏR - "Wi-Fi"LI AYAQYOLULAR...
20-11-2019, 03:02

Dünya Tualet Təşkilatı Çində böyük inkişaf qeydə alıb. ONN media xəbər verir ki, təşkilatın rəhbəri Cek Sim RİA "Novosti"yə Dünya Tualet Günü münasibətilə verdiyi açıqlamasında bildirib ki, Çin son 4 ildə sanitar şərtlərdə uğura imza ataraq "tualet inqilabı"na nail olub: "Turizm ölkənin əsas gəlir mənbəyidir. Bu baxımdan Çin daxili və xarici turistlərin ehtiyaclarının ödənməsində inkişafa nail olub. Dünya Tualet Təşkilatı Çinlə sıx əməkdaşlıq çərçivəsində bir neçə layihə reallaşdırıb. Son 4 ildə Xenan və Quansi-Çjuan əyalətində 15 məktəbdə tualet quraşdırılıb". Qeyd edək ki, Çində tualet problemi xüsusilə qəsəbələrdə ənənəvi xarakter daşıyır. Bu isə sanitar qaydaların pozulmasına və xəstəliklərə yol açır. Ölkə 2015-ci ildə sosial şərtlərin yaxşılaşdırılması məqsədilə tualet inqilabına başladı. 2015-2017-ci illərdə turist məkanlarında 70 min ayaqyolunun tikilməsinə büdcədən 1,6 milyard yuan (225 milyon dollar) ayrıldı. 2018-2020-ci illərdə 64 min tualetin tikilməsi və ya bərpası nəzərdə tutulur. Çin parklarındakı ayaqyolular kağız, maye sabun və əl qurutma aparatı ilə təmin edilib. Bəzi tualetlər isə "Wi-Fi"la təchiz edilib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png