ONN İnformasiya Agentliyi

Ermənistanda telekanal sahibi HƏBS EDİLDİ

Ermənistanda telekanal sahibi HƏBS EDİLDİ
26-12-2019, 19:42

Ermənistanın "Kanal 5" televiziya şirkətinin sahibi Armen Tavadyan həbs edilib. ONN media xəbər verir ki, bu barədə onun vəkili Ovanes Xudoyan bildirib. Onun sözlərinə görə, məhkəmə Tavadyanın həbsinin qanunsuz olmasına dair şikayəti rədd edib. “Məhkəmə bizim müraciətimizi rədd etdi və müstəntiqin tələbini təmin etdi. Məhkəmə Tavadyanı iki ay müddətinə həbs etmək qərarına gəldi. Biz mütləq bununla bağlı lazımi müraciətlərimizi edəcəyik”, - deyə Xudoyan əlavə edib. Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarı olduğu deyilən Varujan Mkrtçyana qarşı cinayət işi açılıb. Tavadyan da eyni cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs edilib. Həmin cinayət işinə görə, onlar saxta şahidlik, yalan rəy təqdim etmək, rüşvət vermək və digər bu kimi əməllərdə ittiham olunurlar.(metbuat.az)

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png