Nərimanov Rayon Məhkəməsində "Tonqal” restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
ONN media xəbər verir ki, məhkəmənin hökmü ilə o, 3 il müddәtinә azadlıqdan mәhrum edilib.
Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya prostesti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya prostesti təmin edilməyib. Daha sonra İ.Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən "Tonqal” restoranında 3-ü azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə ilə bağlı Bakı şəhər Prokurorluğun cinayət işi başlanıb. İ.Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Report)



Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Tanınmış prodüserdən YENİ XƏBƏR
Fədayə Laçının növbəti MƏHKƏMƏSİ
Eldəniz Səlimovun məhkəməsi başladı
Məşhur müğənninin mülkləri ilə bağlı qərar verildi
Narkoloji Dispanserin baş həkimi həbs olundu
Sabiq icra başçısının şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu
İlkin Süleymanovla bağlı QƏRAR VERİLDİ
Təranə Qumral Ali Məhkəməyə müraciət etdi
Lənkəranda DƏHŞƏTLİ QƏTL - Evinə gələn qonağı...
Eldəniz Səlimov apellyasiya şikayəti verdi
Rafael Cəbrayılovun qardaşı həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 