Türkiyənin Marmara bölgəsində İstanbulun Silivri rayonuna yaxın ərazidə Rixter cədvəli ilə 4.7 bal gücündə zəlzələ baş verib. Yeralti təkanlar İstanbulun mərkəzi hissəsində və ətraf bölgələrdə hiss edilib. ONN media bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, yeraltı təkan yerli vaxtla 16.37-də də qeydə alınıb. Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.
SON DƏQİQƏ: 4.7 bal gücündə zəlzələ oldu

