ONN İnformasiya Agentliyi

Komandir azərbaycanlı əsgəri döydü - ARAŞDIRMA BAŞLANILDI

Komandir azərbaycanlı əsgəri döydü - ARAŞDIRMA BAŞLANILDI
3-02-2020, 22:39

Gürcüstanda hərbi xidmətdə olan miliyyətcə azərbaycanlı olan əsgər komandiri tərəfindən döyülüb. ONN media  Report-a istinadla xəbər verir ki, insident fevralın 1-də baş verib. Hadisəyə səbəb komandirin əsgərə irad bildirməsi olub. Daha sonra əsgərə qarşı fiziki zorakılığa yol verilib. Əsgərin ağır travma almadığı bildirilir. Gürcüstanın yerli “Mtavari arxi” televiziya kanalının yaydığı məlumata əsasən, döyülən əsgər Marneuli rayonundan hərbi xidmətə çağırılan Yusif Keçəlovdur. Kanal iddia edir ki, əsgəri beş nəfər döyüb və hadisədən sonra o, xəstəxanaya yerləşdirilib. Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, əsgərə qarşı fiziki zorakılıq faktı üzrə araşdırma başlayıb. Araşdırmanı nazirliyin Hərbi polis departamenti aparır. Qurumdan bildirilib ki, günahkarlara qarşı qanunla nəzərdə tutulan bütün tədbirlər həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png