ABŞ-ın Tennessi ştatında baş verən qasırğa nəticəsində ən azı 25 nəfər ölüb.
ONN media xəbər verir ki, qurbanlar Patnam, Benton, Uilson və Devidson dairələrində qeydə alınıb.
ABŞ Okeanlar və Atmosfer üzrə Milli Agentliyi bu tornadonun qurbanların sayına görə Tennessi ştatında ikinci olduğunu bildirib.
Təbii fəlakət nəticəsində 50 mindən çox ev və ofis işıqsız qalıb. Neşvildə 45 bina zədələnib.