Prezident İlham Əliyev Akif Məlikovu təltif edib.
ONN media xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə Akif Turan oğlu Məlikov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.