Türkiyənin İstanbul şəhərinin Bağcılar rayonunda 8 meydan və küçə piyadaların yürüyüşü üçün bağlanılıb. ONN media xəbər verir ki, bu barədə Bağcılar bələdiyyəsi məlumat yayıb. Koronavirusla mübarizə çərçivəsində aşağıdakı meydan və küçələrə giriş bağlanılıb: Bağçılar meydanı; Günəşli meydan; Günəşli məhəlləsi, Kirazlı küçəsi; Hürriyet məhəlləsi, Menderes küçəsi; Fateh məhəlləsi, Keçmiş Bazar küçəsi; Yenigün məhəlləsi, 628-ci küçə; Kirazlı məhəlləsi; Yeni məhəllə, Əhməd Kabaklı küçəsi.
İstanbulda 8 meydan və küçə bağlandı

