Belarusda dəhşətli qəzada ikisi uşaq olmaqla dörd Rusiya vətəndaşı həlak olub.
ONN media xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəza səhər tezdən Minsk vilayətində baş verib.
İlkin məlumata görə, sərxoş vəziyyətdə olan 26 yaşlı “Mercedes” sürücüsü Minsk hava limanına doğru hərəkətdə olub. Təxminən saat 06:20-də (Bakı vaxtı ilə) Slobodşçina kəndi yaxınlığında onun avtomobili "Şkoda" markalı taksi ilə toqquşub. Bundan sonra minik avtomobili baryerə çırpılaraq aşıb.
Qəza nəticəsində taksidə olan dörd sərnişinin hamısı ölüb: 75 yaşlı qadın, onun 43 yaşlı qızı, 7 və 13 yaşlı iki nəvəsi. Xəsarət alan taksi sürücüsü xəstəxanaya yerləşdirilib. Qəzanın günahkarı və sərnişini xəsarət almayıb.
Hadisə ilə bağlı cinayət işi açıb