ONN İnformasiya Agentliyi

Putindən xəbərdarlıq: üç-dörd həftəyə...

Putindən xəbərdarlıq: üç-dörd həftəyə...
13-04-2020, 18:28

“İki-üç həftə koronavirusla mübarizəyə hazırlaşmaq bölgələr üçün kifayət qədər vaxtdır”. ONN media   xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin hökumətin Rusiyadakı sanitariya-epidemioloji vəziyyətə dair iclasında deyib. Prezident bildirib ki, bu müddətdən səmərəli şəkildə istifadə edilməlidir: “Digər bölgələr paytaxt Moskvadan 3-4 həftə geri qalır. Bu o deməkdir ki, onların hamısı üçün vaxt ehtiyatı var. Lakin bu ehtiyat tez bitir, düşüncəsiz şəkildə xərclənə bilməz”. Daha əvvəl Rusiya Baş nazirinin müavini Tatyana Olikova Rusiya Federasiyasının bölgələrində koronavirus xəstəliyinin nəticələri baxımından digər vilayətlərin Moskvadan üç-dörd həftə geridə olduğunu, effektiv səhiyyə sistemi və kifayət qədər xəstəxana yatağının hazırlanmasının lazım olduğunu söyləmişdi. Son rəqəmlərə görə, Rusiyada 18 min 328 yoluxma, 148 ölüm faktı qeydə alınıb. 1 470 nəfər sağalıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png