Bu gün Qax rayonu ərazisində hava şəraiti kəskin dəyişib. ONN media xəbər verir ki, rayonun Almalı kəndinə dolu yağıb. Təxminən 5 dəqiqə davam edən dolunun diametri 5-20 millimetr olub. Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb. Qeyd edək ki, bu gün axşam saatlarında şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub və bəzi rayonlara ildırımla müşahidə olunan leysan yağışları yağıb və dolu düşüb.(report)
Qaxa dolu düşdü

