Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin qardaşı Babək Hacıyev narkotik maddə olan heroinlə saxlanılıb. ONN media xəbər verir ki, 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin bu gün keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb. Qeyd edilir ki, onun üzərinə baxış keçirilən zaman 4 qram heroin aşkarlanıb. Məlumata görə, icra başçısı müavininin qardaşının avtomobilində də külli miqdarda narkotik maddə aşkarlanıb. Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki, iyunun 23-də Ağstafada rayonun Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsus narkotik plantasiyası aşkarlanıb. / Report.az
İcra başçısının müavininin qardaşı narkotiklə yaxalandı

