İyulun 16-da saat 8 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib. ONN media xəbər verir ki, Sülh küçəsində şəhər sakini R.Afdanov idarə etdiyi “Hyundai” markalı avtobusla yolun kənarı ilə velosiped sürən Abşeron rayon sakini Ərəstun Tahirovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sumqayıtda avtobus ağır qəza törədib - ÖLƏN VAR

