ONN İnformasiya Agentliyi

Bakıda dörd azyaşlı İTKİN DÜŞDÜ

Bakıda dörd azyaşlı İTKİN DÜŞDÜ
23-07-2020, 19:33

Ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinə dördü yeniyetmə olmaqla, beş nəfərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. ONN media  xəbər verir ki, bu barədə  hüquq-mühafizə orqanlarından xəbər verilib. 2005-ci il təvəllüdlü Xəzər rayonunu Qala qəsəbə sakini Fatimə Abdulova iyulun 22-də, saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun həmyaşıdı, Suraxanı rayonunun Hövsan qəsəbə sakini Diana Kiriyeva da həmin gün, saat 14:00 radələrində itkin düşüb. Sabunçu rayonunun Maştağa qəsəbəsində eyni ailənin üç üzvü - 1978-ci il təvəllüdlü Təranə Əliyeva, həmçinin qızları – 2014-cü il təvəllüdlü Güləsər və 2010-cu il təvəllüdlü Tanar evdən çıxıb və geri qayıtmayıblar. Hazırda rayon polis şöbələri onları axtarır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png