Türkiyədə son sutka ərzində 937 yeni yoluxma faktı qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazirin sözlərinə görə, Türkiyədə bu gün 17 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 5 580, yoluxanlar isə 224 min 252 nəfərə çatıb. Türkiyədə indiyədək 207 min 374 xəstə sağalaraq evə buraxılıb.
Türkiyədə korona ilə bağlı son durum necədir?

