ONN İnformasiya Agentliyi

Lukaşenkodan ŞOK ETİRAF: koronavirusu bilərək...

Lukaşenkodan ŞOK ETİRAF: koronavirusu bilərək...
8-08-2020, 12:31

“Koronavirusu mənə bilərək yoluxdurdular”. ONN media  xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Ukraynalı jurnalist Dmitri Qordona müsahibə verən prezident xəstələndiyindən xəbərsiz olduğunu, hətta yoluxmağı ağlının ucundan belə keçirmədiyini dilə gətirib. Ölkəsinin heç vaxt koronavirusun mövcudluğunu rədd etmədiyini və lap əvvəldən pandemiyaya “böyük diqqətlə” yanaşdıqlarını bildirən Lukaşenko koronavirusla mübarizəyə istintaq tərzində baxdığını deyib: “Burada istintaq hakimlərinin yerini həkimlər tutdu”. Qeyd edək ki, Belarus lideri iyul ayında koronavirusa yoluxmuş və xəstəliyi simptomsuz keçirmişdi. Xatırladaq ki, pandemiya ərzində Belarusda sərt karantin qaydaları tətbiq olunmamışdı. Bütün sosial və iqtisadi sahələr öz fəaliyyətlərini əvvəlki axarında davam etdirirdi.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png