Erməni fotojurnalist Qaqik Şamşyan öz “Facebook” səhifəsində 2010-cu il noyabrın 19-da Ermənistanın Araqatsotn vilayətinin ümumi yurisdiksiya məhkəməsində “Haykakan jamanak” qəzetinin baş redaktoru, siyasi məhbus Nikol Paşinyanın məbuat konfransından arxiv fotolarını paylaşıb. ONN media xəbər verir ki, “Haykakan jamanak” qəzetinin redaktoruna qarşı Ermənistan Cinayət Məcəlləsinin 316 və 225-ci maddələri ittiham irəli sürülmüşdü. 2009-cu il iyulun 1-də Nikol Paşinyan könüllü şəkildə özünü Ermənistan Baş Prokurorluğuna təqdim edib və orada həbs olunub. Xatırladaq ki, Nikol Paşinyan 2008-ci il martın 1-dən sonra axtarışda olaraq ömrünün 1 il dörd ayını gizlənməkdə keçirib.(ordu.az)
Paşinyanın elə görüntüləri yayıldı ki... - FOTOLAR

