ABŞ Yunanıstanın strateji Dədəağac limanını satın almaq istəyir. ONN media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, ABŞ-ın ONEX və “Black Summit Financial Group” şirkətləri Dədəağac limanının 67 faizini və Kavaladakı “Filippos B” limanını almaq üçün təklif göndərib. Qeyd edək ki, Dədəağac limanı Türkiyə sərhədinə 60 km məsafədə yerləşir. ABŞ ötən ay bölgəyə xeyli sayda hərbi texnikasını yerləşdirib. ABŞ-ın limandan həm Qara dəniz strategiyası çərçivəsində Rusiyaya, həm də Yunanıstanın ən böyük limanını satın alan Çinə qarşı istifadə etməyi planlaşdırdığı bildirilir. Digər tərəfdən də Dədəağac vasitəsilə Türkiyə boğazlarını müşahidə altında saxlamaq istəyir.
ABŞ bu limanı alıb Türkiyə boğazlarını müşahidə edəcək - YENİ PLAN

