Afinada Yunanıstan Baş naziri Kiryakos Miçotakislə Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında görüş olub. ONN media xəbər verir ki, görüşdən sonra açıqlama verən K.Miçotakis dəniz yurisdiksiyası məsələsində Türkiyə ilə danışıqlara hazır olduqlarını deyib. “Türkiyə ilə Egey və Aralıq dənizində dəniz yurisdiksiyası məsələsini müzakirə edə bilərik. Bu mövzuda danışıqlara ən qısa müddətdə başlamağa hazırıq”, - baş nazir bildirib.