Bakı və İrəvan Qarabağla bağlı substantiv danışıqlara başlayıb. ONN media xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, - Lavrov əlavə edib. O qeyd edib ki, Ermənistan və Azərbaycan Qarabağla bağlı danışıqlar prosesi formatının dəyişməzliyini təsdiqləyiblər.
Lavrovdan QARABAĞ AÇIQLAMASI: tezliklə sülh yolu ilə...

