Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşınqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya “Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub". ONN media xəbər verirki, bu barədə Azərbaycan XİN-dən bildirilib. "Ermənistan xarici işlər naziri dünən mətbuat brifinqində “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmaq olmaz” deyərək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “bu günədək müzakirə olunan sənədlər üzrə danışıqlar aparanda cəbhədə heç də tam sakitlik hökm sürmürdü” fikrinə münasibət bildirib. Bununla bağlı nə deyə bilərsiniz" sualına XİN-dən belə cavab verilib: "Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi. Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir. Bunu anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq, Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir".
XİN Qarabağ danışıqları barədə məlumat yaydı



Elmar Məmmədyarov: Danışıqlar oktyabrda davam etdiriləcək
Məmmədyarovun İran səfərində nə müzakirə ediləcək?
Lavrovdan ÇAĞIRIŞ: "Görüşə hazırıq..."
Elmar Məmmədyarov Moskvaya gedir, Lavrov isə Bakıya gəlir- XİN
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Bakı "Kazan sənədi"ndən imtina edib? - XİN-in cavabı
Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Elmar Məmmədyarov həmsədrlərlə görüşdü
Xarici İşlər Naziri ATƏT-in Baş katibi ilə görüşüb
Bölgədə gərginliyin yeganə səbəbi işğalçı Ermənistandır-XİN-dən açıqlama
Məmmədyarov Lavrovla Dağlıq Qarabağdan DANIŞDI
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 