Qarabağdakı təmas xəttinə Rusiyanın hərbi müşahidəçiləri göndərilə bilər. Amma buna Azərbaycan və Ermənistan qərar verməlidir. ONN media xəbər verir ki, bu sözləri Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya Pravda” və “Qorovit Moskva”ya müsahibəsində deyib. S.Lavrov bildirib ki, Türkiyə heç vaxt Rusiyanın strateji müttəfiqi olmayıb: “Türkiyəni heç vaxt strateji müttəfiqimiz olaraq sinifləndirmədik. Türkiyə yaxın partnyorumuzdur. Sözügedən partnyorluğun bir çox sahədə strateji mahiyyəti var”.
Qarabağa rus hərbçilər gedə bilər, amma... - Lavrovdan AÇIQLAMA

