Türkiyədə son sutka ərzində koronavirusdan 89 nəfər dünyasını dəyişib, 3223 nəfər isə virusa yoluxub. ONN media xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 11 507-ə, yoluxanların sayı isə 414 278-ə çatıb. Ağır xəstələrin sayı 3 439 nəfər təşkil edir. Ümumilikdə 16 milyondan çox insan test olunub.
Türkiyədə son durum necədir?

