Şirak şəhərinin sakinləri Ermənistan-Gürcüstan sərhədinə gedən Gümrü-Bavra yolunu bağlayıb. ONN media xəbər verir ki, onların tələbi Ermənistanın Şirak bölgəsinin Xorom, Lancik və Azatan kəndlərinin əsir götürülmüş 150 sakininin geri qaytarılmasıdır. Azatan kəndinin başçısı məsələni aydınlaşdırmaq üçün İrəvana gedəcək. Qeyd edək ki, bir neçə gün əvvəl Ağoğlan (Hadrut) istiqamətində təxribata cəhd edən 100-dən çox erməni terrorçusu sağ ələ keçirilmişdi.
Ermənistan-Gürcüstan sərhədinə gedən yolu bağladılar - BU SƏBƏBƏ

