Kolumbiya kəşfiyyat fəaliyyətlərində şübhəli bilinən iki rusiyalı diplomatı ölkədən qovub. ONN media xəbər verir ki, bu barədə “Tiempo” qəzeti Kolumbiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Qovulan şəxslər iki ildən çox ölkədə fəaliyyət göstərən Aleksandr Paristov və Aleksandr Belousovdur. Məlumata görə, hər iki diplomat Kali şəhərində adamları ələ almaqla məşğul imiş. Bundan başqa onlar hərbi kəşfiyyatla yanaşı, iqtisadi casusluqla da məşğul olub. Hər iki şəxs Boqota-Amsterdam-Moskva reysi ilə Rusiyaya göndəriliblər.
Daha bir ölkə iki rus diplomatını qovdu

