Rusiyanın Voronej vilayətində helikopter qəzası olub. ONN media xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarətlər alıb. Hadisə ilə bağlı məlumat bölgə təcili yardım xidmətinə Moskva vaxtı ilə 12:20-də daxil olub. İlkin araşdırmalara görə, “Robinsson” helikopteri Novopodkletnoye kəndi yaxınlığındakı tarlaya düşüb. Hadisə ilə əlaqədar Nəqliyyat üzrə Bölgələrarası İstintaq İdarəsi prosessual yoxlamaya başlayıb. Helikopter qəzasının səbəbləri müəyyənləşdirilir.
Dəhşətli helikopter qəzası: ÖLƏN VAR

