Gürcüstanda hərbi dronların istehsalına başlanıla bilər. ONN media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İrakli Qaribaşvili “İmedi” telekanalına müsahibəsində deyib. Nazirin sözlərinə görə, “Delta” elmi-hərbi mərkəzin nəzdində olan Tbilisi aviasiya zavodunun potensialından istifadə etməmək sadəcə günahdır: “Məhz həmin zavod və orada çalışan insanların sayəsində dronların istehsalına başlamaq mümkündür”. İ.Qaribaşvili aviazavodun ən yüksək texnologiyalı müəssisələrdən biri olduğunu qeyd edib: “Bazarda rəqabət böyük deyil, belə ki, bu gün uçuş aparatlarını dünyanın 20 ölkəsi istehsal edir”.
Gürcüstan hərbi dronlar istehsal edəcək

