Ukrayna vətəndaşı olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili, bütün həbs müddətini vətənində keçirdikdən sonra Kiyevə qayıda biləcək.
ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Imedi" telekanalına müsahibəsində bildirib .
"Söhbət doqquz ildir Gürcüstanın prezidenti olan bir adamdan gedir. Bu bir fəlakətdir və təhqirdir: bir şəxs könüllü olaraq ölkəmizin vətəndaşlığından imtina etdi. Ukraynaya qayıtmaq istəyirsə, bunu sonra edə bilər. Cəzasını tam çəkdikdən sonra istədiyi yerə gedə biləcək", - deyə baş nazir bildirib.
Hökumət başçısı qeyd edib ki, keçmiş prezident həbsxananın işçilərindən onu Ukraynaya qaytarmağı xahiş edib:
"İndi təcili olaraq Ukraynaya qaytarılmasını istəyir. Həbsxanada çətin vəziyyətdə olduğunu başa düşdü. Həbs müddətini tam olaraq çəkəcək və hökumətdə onu azad edəcək adam tapmayacaq.
Mən tam məsuliyyətlə bəyan edirəm ki, Saakaşvili cəzasını tam olaraq çəkəcək. Bu gün o, altı il həbs cəzasına məhkum edilib. Bu hökm son instansiyada çıxarılıb. Planetdəki hər hansı bir insan bizə yaxınlaşıb azadlığa buraxılmasını istəsə belə, bu gün hökumətdə heç kim bunu etməyəcək".
Qaribaşvili, siyasətçini əfv etməkdən imtina edən Gürcüstan Prezidenti Salome Zurabişviliyə də təşəkkür edib.



Onu ən azı 6 il unudun - Qaribaşvili
Saakaşvili:“Məni Ukraynaya qaytarın"
Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili
Baş nazirdən Saakaşvili ilə bağlı ŞOK SÖZLƏR
Saakaşvili istənilən yolla hakimiyyətə gəlmək istəyir
Saakaşvili Gürcüstana qayıtdı
Saakaşvili nə vaxt azadlığa buraxılacaq?
Saakaşvili müalicədən imtina etdi
Saakaşvilli Ukraynaya qayıtmağa hazırdır
Saakaşvili əsgər gedir
SON DƏQİQƏ: Saakaşvili Gürcüstanda saxlanıldı - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 