Binəqədi rayon Polis İdarəsinin rəisinə şəxsi heyətlə iş üzrə köməkçi təyin olunub. ONN media xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Fuad Əliyev təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək DİN-in Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində rəis müavini vəzifəsində çalışıb. /Unikal.org/
Nazir polkovnikə yeni VƏZİFƏ VERDİ

