ONN İnformasiya Agentliyi

Bakının bu ərazilərində havada tozun miqdarı ARTDI

Bakının bu ərazilərində havada tozun miqdarı ARTDI
21-04-2021, 20:37

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə aprelin 21-də Bakı şəhərinin müxtəlif ərazilərində monitorinqlər həyata keçirilib, havada tozun miqdarı üzrə ölçmələr aparılıb.

ONN media  xəbər verir ki, bu bardə xidmətin əməkdaşı Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, monitorinqlər zamanı Nərimanov parkı ərazisində havada tozun miqdarı 1.3, Heydər Əliyev prospektində 1.1, Koroğlu metro stansiyası yaxınlığında 1.4, Neftayırma zavodunun ətrafında 1.1, 8 noyabr prospektində 1.4, Xətai rayonunda isə 1.5 dəfə normadan yüksək müəyyən edilib:

"Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı şəhəri Heydər Əliyev, Babək, Qara Qarayev prospektləri, Bayıl yamacı ərazisi və Sumqayıt şəhərində havada azot 4-oksid, azot 2-oksid, kükürd və dəm qazı, hidrogen sulfid kimi qaz birləşmələri norma daxilində qeydə alınıb".

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png