Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
ONN media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, hazırda müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.
"Şimal-qərb küləyinin arabir güclənməsi istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasına səbəb olub. Hazırda avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, havada tozun miqdarının sanitar normadan 2 dəfə çox olduğu müəyyən edilib".
U.Tağıyeva qeyd edib ki, tozlu hava meteoroloji şəraitlə bağlıdır və prosesin qısa müddətli olacağı gözlənilir.
"Sabah havada tozun miqdarı normaya yaxınlaşacaq. Tozlu hava ilə bağlı göstəricilər hər il qeydə alınır. Bu il apreldə daha çox küləkli günlər oldu, buna görə də toz qalxır. Bakıda avtomat monitorinq stansiyaları quraşdırılıb və onlayn informasiyalar daxıl olduqca, biz əhalini məlumatlandırırıq", - deyə Xidmət rəisi bildirib.



Nazirlik havada müşahidə olunan tozla bağlı məlumat yaydı
Havada toz dumanı müşahidə edilir
Havada tozun miqdarı normadan artıqdır
Bakı və Abşeronda tozun miqdarı normadan artıqdır
Ölkədə tozun miqdarı artıb
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Havada toz dumanı var
Havada toz müşahidə olunur
Tozlu hava şəraiti davam edir
Ekologiya Nazirliyi hava ilə bağlı AÇIQLAMA YAYDI
Bakıda yenə hava tozludur - Rəsmi
Bakı və Abşeronda 2 gün tozlu hava müşahidə olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 