Hazıda Bakıda 169 marşrut xətti mövcuddur. ONN media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O deyib ki, həmin xətlərin 44%-i şəhərdaxilidir: “2020-ci ildə 16 yeni marşrut xətti təşkil olunub. Onlardan 12-i eskpress, 4-ü isə müntəzəmdir. Daha 26 xəttin hərəkət sxemi dəyişdirilib. Yaxın vaxtlarda yeni avtobus xətləri açılacaq. Onlardan biri müntəzəm marşrut xətti kimi Şüvəlan istiqamətində təşkil olunacaq”.
Bakının bu qəsəbəsinə yeni marşrut xətti açılacaq

