Demokratik Konqo Respublikasında olan və Afrikanın ən aktiv vulkanlarından biri sayılan Niraqonqo vulkanı püskürüb.O ONN media xəbər verir ki, risk altında qalan, əhalisi 1,5 milyon olan Qoma şəhəri boşaldılır. Səlahiyyətlilər bildiriblər ki, yerli xalqı təhliyyə işləri davam edir, camaat şəxsi əşyaları ilə birlikdə qonşu Ruanda sərhədinə üz tuturlar. Konqo hökumət sözçüsü Patrik Muyaya sosial media hesabından etdiyi şərhdə "hökumət Qomadakı vəziyyəti yaxından izləyir" deyə bildirib. Xatırladaq ki, Niraqonqo vulkanı ən son 2002-ci ildə püskürdüyü zaman 250 adam həyatını itirmiş, Qomada 120 min adam evsiz qalmışdı.
Qoma şəhəri boşaldılır - SƏBƏB?

