ONN İnformasiya Agentliyi

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanıldı

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanıldı
21-08-2021, 18:09

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

ONN media -ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Fəridə Əliyevaya ev şəraitində müalicə təyin olunmasına baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

İnfeksiyanın yayılmasına şərait yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

F.Əliyeva barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png