Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının bu günlərdə keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri olan 5 nəfərin - Samir Həsənov, Hafiz Hümbətov, Aqil Qurbanov, Rövşən Cəfərov və Ariz Bahadurovun aktiv koronavuris xəstələri olduqları halda müalicə aldıqları ünvanları tərk etdikləri müəyyən edilib.
Saxlanılan şəxslərin polis əməkdaşları tərəfindən müalicə aldıqları ünvanlara qaytarılması təmin edilib.
Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Bu xəstəliyə görə ev şəraitində müalicə təyin edilən rayon sakini Səccat Abdullayev özünütəcrid müddəti bitmədən yaşadığı ünvanı tərk edib. O, polis əməkdaşları tərəfindən rayon ərazisində saxlanılaraq müalicə aldığı ünvana geri qaytarılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.



Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanıldı
Evlərini tərk edən koronavirus xəstələri yaxalandı
Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
Balakəndə koronavirus xəstəsi saxlanıldı
Bakıda koronavirus xəstələri saxlanıldı
Tuğ kəndində narkotik aşkarlandı
Qazaxda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkar edildi
İctimai yerdə koronavirus xəstəsi aşkarlandı
Koronavirus xəstəsi bazar ərazisində yaxalandı
Suraxanıda koronavirusu yayan şəxslər yaxalandı
Polis koronavirus xəstələrini evə qaytardı
Koronavirus xəstələrinə cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 