ONN İnformasiya Agentliyi

Qarabağda qəzaya düşən 13 nəfərdən XƏBƏR VAR

Qarabağda qəzaya düşən 13 nəfərdən XƏBƏR VAR
8-02-2022, 11:01

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərin müalicəsi davam edir.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, ağırlaşma halları müşahidə olunmur:

"Reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir".

Qeyd edək ki, qəzaya düşənlərdən 11-i Türkiyə vətəndaşıdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png