ONN İnformasiya Agentliyi

Ehtiyatda olan hərbiçi həyatını itirdi

Ehtiyatda olan hərbiçi həyatını itirdi
9-06-2022, 17:11

Gəncədə avtomobilin vuraraq öldürdüyü şəxs Azərbaycan Ordusunun ehtiyatda olan hərbçi olub.

ONN media xəbər verir ki, hadisə iyunun 8-i saat 22 radələrində Gəncə şəhəri ərazisində Gülüstan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Ş.Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısı olub.

Allah rəhmət eləsin

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png