ONN İnformasiya Agentliyi

Yemək yarışmasında bir nəfər həyatını itirib

Yemək yarışmasında bir nəfər həyatını itirib
20-09-2022, 11:57

Meksikada bir nəfər yemək yarışması zamanı boğulub.

ONN media xarici mediaya istinadən xəbər verir ki, Meksikanın Yucatan əyalətinin Tinum şəhərində keçirilən “Pozole” yarışması zamanı 48 yaşlı iştirakçı Huqo İsmael yemək yeyərkən qəfil pisləşib və yerə yıxılıb.

Digər yarışmaçılar dərhal onu xəstəxanaya çatdırıb. Xəstəxanada aparılan müayinə nəticəsində yarışmaçının öldüyü müəyyən edilib.

Hadisə şahidləri Huqo İsmaelin yarış zamanı boğulduğunu və ona ilkin tibbi yardım göstərilmədiyini bildirib.

Yucatan Əyalət Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png