ONN İnformasiya Agentliyi

Bu şəxslərə ŞAD XƏBƏR- Pensiyalar artırıldı

Bu şəxslərə ŞAD XƏBƏR- Pensiyalar artırıldı
5-10-2022, 14:14

2022-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb

ONN media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb. "Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.

Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png