ONN İnformasiya Agentliyi

İstanbuldakı partlayışla bağlı yeni versiya

İstanbuldakı partlayışla bağlı yeni versiya
14-11-2022, 12:34

"İstanbulda baş verən partlayışın arxasındakı qüvvəni tapmaq üçün ən önəmli nüansa diqqət etmək lazımdır. Söhbət "böyük boss"dan gedir. "Böyük boss" deyəndə imperialist qüvvələr, Türkiyənin yürütdüyü siyasətdən, duruşundan, aldığı önləmlərdən narahat olan gücləri nəzərdə tuturam. Əslində terror təşkilatları fərqli olsalar da, eyni "boss"a xidmət göstərirlər. İstanbuldakı qanlı partlayışın iki əsas təşkilatçısı ola bilər".

Bunu ONN media-ya açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru, Türkiyə səfirliyinin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz İstanbulda baş verən qanlı partlayışın pərdəarxası məqamlarından danışarkən deyib.

Ehtiyatda olan general bildirib ki, bunlardan birincisi PKK-PYD terror qruplaşması, digəri isə İŞİD terror təşkilatıdır: "Türkiyə son iki ay ərzində həm PKK/PYD-yə, həm də İŞİD terror qruplaşmasına, eləcə də ölkə daxilində terakt gerçəkləşdirmək istəyənlərə qarşı silsilə hərbi əməliyyatlar həyata keçirir. Bundan başqa, Türkiyənin Türk Dövlətləri Təşkilatındakı mövqeyi bəzi gücləri narahat edir. Türkiyənin Suriya və İraqdakı sülhyönümlü fəaliyyətlərindən kimlərsə narahat ola bilər.

Ankaranın Liviyadakı hazırkı mövqeyi də bəziləri üçün arzuolunan deyil. Eyni zamanda, Türkiyənin Rusiya - Ukrayna məsələsində göstərdiyi dəyanətli və qətiyyətli addımları da unutmamalıyıq. Cənab prezident Rəcəb Tayyib Ərdoğan dünənki çıxışında ABŞ və Avropa Birliyini terroru dəstəkləməkdə ittiham etdi. Cənab Ərdoğan, xüsusən ABŞ prezidentini FETÖ terror təşkilatına görə günahlandırdı. Düşünürəm ki, hətta İstanbuldakı partlayış həmin ittihamın "qarşılığı" ola bilər. Bir daha deyirəm, teraktı kimin həyata keçirməsinin elə bir önəmi yoxdur, nəticədə onların hamısı eyni "boss"a xidmət göstərirlər "

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png