ONN İnformasiya Agentliyi

Rusiyanın bu təşkilatdakı üzvlüyü dayandırıldı

Rusiyanın bu təşkilatdakı üzvlüyü dayandırıldı
17-11-2022, 08:44

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya Paralimpiya Komitəsinin (RPK) təşkilatdakı üzvlüyünü dayandırıb.

ONN media xəbər verir ki, bu barədə BPK Tvitter hesabında məlumat verib.

Qərar Berlində təşkilatın növbədənkənar Baş Assambleyasında qəbul edilib.

Qeyd olunur ki, bu, Rusiyanın təşkilatın nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlıdır.

Sözügedən qərara 39 nəfər qarşı çıxıb, 64-ü lehinə səs verib. 16 nəfər isə bitərəf qalıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png