Azərbaycanlı paracüdoçu Vüqar Şirinli Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
İdmançı finalda qazaxıstanlı paracüdoçu Anuar Sarıyevi məğlub edib.
xxx
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında 66 saniyədə bütün rəqiblərini geridə qoyaraq, birincilik qazanıb.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) da qızıl medala sahib olmuşdu. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
xxx
Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
Qeyd edək ki, mübarizəyə 1/4 finaldan başlayan Hacıyeva ilk görüşündə yaponiyalı Şizuka Hanqaini, yarımfinalda Rusiya Paralimpiya Komitəsindən (RPC) Viktoriya Potapovanı yenib.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.



Tokio-2020: Azərbaycan paralimpiyaçıları 5-ci medalı qazandı
Tokio-2020: İlham Zəkiyev mübarizəyə başlayır
Mehriban Əliyeva qalib idmançıları təbrik etdi
İlham Zəkiyev qızıl medal qazandı
Prezident Paralimpiya Oyunlarında növbəti qızıl medal qazanan idmançılarımızı təbrik etdi
Prezident qızıl medal qazanan paralimpiyaçılarımızı təbrik etdi
"Paris 2024"- İmaməddin finalda!
İlham Zəkiyev medal qazandı
Orxan Səfərov qızıl medal qazandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 