ONN İnformasiya Agentliyi

Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu
25-02-2023, 11:51

Rusiyanın Kamçatka yarımadasında 6,1 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb.

Zəlzələ yarımadanın cənubunda, Sakit okean sahillərində meydana gəlib.

Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 170 kilometr aralıda yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png