ONN İnformasiya Agentliyi

İran Ermənistana yeni səfir göndərdi

İran Ermənistana yeni səfir göndərdi
30-06-2023, 11:05

İran Ermənistana yeni səfir təyin edib.

ONN media "Mehr"ə istinadla xəbər verir ki, İranın Suriyadakı əvvəlki səfiri Mehdi Sobhani bu vəzifəyə gətirilib.

M.Sobhani əvvəllər Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin baş direktoru, Pakistanın Kəraçi şəhərində baş konsul, XİN-in Qərbi Asiya departamenti baş direktorunun müavini, Türkmənistan və Ukraynada səfir müavini vəzifələrini tutub.

O, Tehran Universitetində beynəlxalq əlaqələr üzrə doktorluq dərəcəsi alıb və müharibə veteranıdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png