Qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi vacibdir.
ONN media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Azərbaycanda baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirədə bildirilib.
Müşavirədə, həmçinin, təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Milli Hidrometeorologiya Xidmətinin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.