ONN İnformasiya Agentliyi

Bakıda güclü külək əsəcək

Bakıda güclü külək əsəcək
26-12-2023, 12:40

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ONN media-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png