Hindistanın şimalında 5,2 maqnitudalı zəlzələ olub.
ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.
Xidmətin verilənlərinə əsasən, yeraltı təkanların episentri Padam yaşayış məntəqəsindən 34 km cənubda yerləşib. Qeyd olunub ki, zəlzənin ocağı 21,3 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.